...

“Nar” qonşu ölkələrlə rominq qiymətlərinə 80%-dək endirim etdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2016 16:18 (UTC +04:00)

Bakı. Trend:

İyunun 1-dən etibarən "Nar" operatoru "1 zona - 1 qiymət" sisteminə yeni zona əlavə edib. Yeni zona "Qonşu ölkələr" adlanır. Adından göründüyü kimi, bu zonaya Azərbaycana ən yaxın qonşu ölkələr - Gürcüstan, Rusiya, Türkiyə, İran və Qazaxıstan daxildir.

Azərbaycanlıların bu ölkələrə daha çox səfər etdiklərini nəzərə alan "Nar" müştərilərin rahatlığı üçün rominq qiymətlərində 80%-dək endirim edib.

Paket çərçivəsində daxil olan və xaric olan zənglərin 1 dəqiqəsi müvafiq olaraq 0,80 və 0,35 manat təşkil edir. Göndərilmiş 1 SMS-in qiyməti 0,12 manat, 1 meqabayt internet-trafikinki isə 1,50 manatdır.

"Nar" operatorunun rominq qiymətləri zonalara əsasən müəyyən olunur. Zona daxilində seçilən xarici mobil operatordan asılı olmayaraq, qiymətlər sabitdir. Bundan başqa, "Nar" nömrələrində rominq xidmətini aktivləşdirmək üçün heç bir depozit balansa ehtiyac yoxdur. Belə ki, "Nar" nömrələrində bu xidmət, bir qayda olaraq, öncədən aktiv statusda olur.

Yeni zonalar, rominq qiymətləri və rominq xidmətindən istifadə haqqında ətraflı məlumatı mobil operatorun rəsmi internet səhifəsindən öyrənmək olar: nar.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti