Bakı. Ənvər Məmmədov - Trend:
Dövlət Gömrük Komitəsi gömrük nəzarəti zamanı risklərin idarə edilməsi sistemini işə salır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu sistemin tətbiqi "yaşıl dəhliz" sisteminin və digər buraxılış zolaqlarının tətbiqi zamanı tələblərdən biridir: "Biz artıq risklərin idarə edilməsi proqramını hazırlamışıq və bu gün onun təqdimatını keçiririk. Bu təqdimatın məqsədləri gömrük orqanlarının əməkdaşları və BMT-nin İnkişaf Proqramının ofisinin nümayəndələri arasında fikir mübadiləsi aparmaqdır".