...

8-ci Mikromaliyyə Konfransı keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2016 18:12 (UTC +04:00)
Azərbaycan Mikromaliyyə Assosiasiyası 6-7 oktyabr tarixlərində "Üfüqdə yeni imkanlar: Çətinlikləri perspektivlərə çevirək" adlı 8-ci Azərbaycan Mikromaliyyə Konfransını keçirməyi planlaşdırır.
8-ci Mikromaliyyə Konfransı keçiriləcək

Bakı. Trend:

Azərbaycan Mikromaliyyə Assosiasiyası 6-7 oktyabr tarixlərində "Üfüqdə yeni imkanlar: Çətinlikləri perspektivlərə çevirək" adlı 8-ci Azərbaycan Mikromaliyyə Konfransını keçirməyi planlaşdırır.

Assosiasiyadan Trend-ə verilən məlumata görə, konfransda Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər nümayəndələri, Gürcüstan, Rusiya və Mərkəzi Asiya daxil olmaqla mikromaliyyə sektorunun inkişafında maraqlı olan, bank olmayan kredit təşkilatlarının, bankların, 12-dən çox ölkədən investor şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertlərinin, mətbuat nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Tədbirdə "Azərbaycan mikromaliyyə bazarında sağlam kreditləşmə və məsuliyyətli borclanma", "Dilemma: Kredit riski və ya xarici valyutada kreditlərin məzənnə riski", "Kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi", "Maliyyə təşkilatlarında qiymət siyasətinin optimallaşdırılması: qabaqcıl təcrübələrin öyrənilməsi", "Rəqəmsal inqilab və maliyyə əhatəliliyi", "Uzunmüddətli qənaət / investisiyalar üçün maliyyə savadlılığı" və "İqtisadi fəallığın azaldığı dövrdə maliyyə sektorunda maraqlı tərəflər: perspektivlər və reallıqlar" mövzuları müzakirə ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti