Bakı. Trend:
2017-ci ildə Azərbaycanın real ÜDM-i cüzi artacaq.
Bu barədə Trend "Moody's" reytinq agentliyinin hesabatına istinadən məlumat verir.
Bununla belə, agentlik ölkənin ÜDM-in artımı üzrə dəqiq proqnozları göstərmir.
Hesabatda bildirilir ki, artım Azərbaycanda inflyasiya templərinin ləngiməsi fonunda daxili tələbatın artmasından asılı olacaq.Hesabatda ötən həftə Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumat da əks olunub. Məlumata əsasən, ölkə ÜDM-i 2016-cı ilin ikinci rübündə 3,6 faiz azaldıqdan sonra 2016-cı ilin birinci rübündə 3,2 faiz və 2015-ci ilin dördüncü rübündə isə 6,5 faiz azalıb: "İqtisadi fəallıq qeyri-neft sektorunda 6,1 faiz azalıb, halbuki neft sektorunda 2,1 faiz artım müşahidə olunub".