...

"İnvestisiya layihələri" kataloqu yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2016 17:48 (UTC +04:00)
Qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaq məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hər il hazırlanan “İnvestisiya layihələri” kataloqu yenilənib.
"İnvestisiya layihələri" kataloqu yenilənib

Bakı. Trend:

Qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunmasını stimullaşdırmaq məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən hər il hazırlanan “İnvestisiya layihələri” kataloqu yenilənib.

Bu barədə Trend-ə İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Kataloqda kənd təsərrüfatı, sənaye, alternativ və bərpa olunan enerji, turizm, İKT, tikinti və s. kimi ölkə iqtisadiyyatının prioritet sahələrini əhatə edən və xarici investorlar üçün maraqlı ola biləcək 65 investisiya layihəsi əksini tapıb.

“İnvestisiya layihələri” kataloqu AZPROMO tərəfindən keçirilən tədbirlər və ikitərəfli görüşlər zamanı xarici iş adamlarına təqdim olunur. Artıq potensial investorlar tərəfindən kataloqda yer almış layihələrlə bağlı AZPROMO-ya müraciətlər də daxil olur.

Kataloqla İqtisadiyyat Nazirliyinin www.economy.gov.az və AZPROMO-nun www.azpromo.az internet səhifələrində tanış olmaq olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti