Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Çinin Beynəlxalq Ticarətin Təşviqi Şurası (CCPIT) qarşılıqlı anlaşmaya dair memorandum imzalayıblar. Trend-in məlumatına görə, bu barədə AZPROMO-nun rəsmi saytında xəbər yerləşdirilib.
Memorandum CCPIT və AZPROMO təmsilçilərinin Bakıda keçirilən görüşü çərçivəsində imzalanıb.
Memorandum Azərbaycan və Çin arasında birgə ixracat və investisiyaların genişləndirilməsi imkanını nəzərdə tutur.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 6 ayı ərzində iki ölkə arasında mal dövriyyəsi 272,55 milyon manat təşkil edib.