...

Qaxda 28 infrastruktur layihə həyata keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2016 17:58 (UTC +04:00)
Kənd Təsərrüfatı Nazirliyi (KTN) Qaxda 28 infrastruktur layihə həyata keçirib
Qaxda 28 infrastruktur layihə həyata keçirilib

Bakı. Trend:

Kənd Təsərrüfatı Nazirliyi Qaxda 28 infrastruktur layihə həyata keçirib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Qax rayonu icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Kənd Təsərrüfatı Nazirliyinin həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsinin regionların inkişafında böyük rolu olduğunu bildirib. “Təkcə Qaxda bu layihənin köməyi ilə 28 sosial problem həllini tapıb” - icra hakimiyyəti başçısı belə deyib.

M.Şəkiliyev Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi 8-ci Zonalararası Qarşılıqlı Görüşlər Sessiyasının yekun seminarında iştirak üçün Qax şəhərinə yığışan icma üzvlərinə kəndlərinin inkişafında belə yaxından iştirak etməklərinin qürurverici hal olduğunu söyləyib.

Sessiyaya 17 rayonun 58 kənd icmasından 91 nəfər iştirakçı qatılıb. Tədbir avqustun 1-dən başlayaraq, bir həftə davam edib. İştirakçılar Saatlı, Ağcabədi, Bərdə, İmişli və Şəkinin layihələr icra olunan kəndlərinə səfərlər edərək, bir-birilərinin təcrübələrini öyrənib və təəssüratlarını paylaşıblar.

Kənd Təsərrüfatı Nazirliyi yanında Layihələrin və Kreditlərin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin həyata keçirdiyi İkinci Kənd İnvestisiya Layihəsi 10 ildən artıqdır ki, icra olunur. Layihə çərçivəsində indiyədək 1800-ə yaxın sosial və iqtisadi yönümlü infrastruktur layihəsi həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti