...

Azərbaycanda iki ləğv edilmiş bank üzrə kompensasiya 15 milyon manatdan çox olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2016 11:40 (UTC +04:00)
Azərbaycanda ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə veriləcək kompensasiyaların ilkin həcmi 15,4 milyon manat təşkil edəcək.
Azərbaycanda iki ləğv edilmiş bank üzrə kompensasiya 15 milyon manatdan çox olacaq

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanda ləğv edilmiş "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın əmanətçilərinə veriləcək kompensasiyaların ilkin həcmi 15,4 milyon manat təşkil edəcək. Bunu Trend-ə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib. 

Onun sözlərinə görə, "Atrabank"da əmanətlərin ümumi həcmi 31 milyon manat təşkil edir, bu məbləğdən əmanətçilərə 13,9 milyon manat kompensasiya veriləcək: "Qafqaz İnkişaf Bankı"nda əmənətçilərin vəsaitlərinin həcmi 5 milyon manata çatır, bunun 1,5 milyon manatı qaytarılacaq". 

A.Cavadov qeyd edib ki, göstərilən məbləğlər ilkin rəqəmlərdir və dəqiqləşdiriləcək. 

O əlavə edib ki, ADIF hər bir sığortalanmış əmanət üzrə 30 min manatadək qaytarmağı planlaşdırır, çünki "Qafqaz İnkişaf Bankı" və "Atrabank"ın lisenziyalarının geri çağırılması barədə qərar "Əmanətlərin tam sığortalanması haqqında" qanun qəbul edilməzdən əvvəl qəbul olunub. 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti