...

Maliyyə Nazirliyi investorlara 10 milyon manat məbləğində istiqrazlar satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2016 18:33 (UTC +04:00)
30 avqust 2016-cı il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyi investorlara 10 milyon manat məbləğində istiqrazlar satıb

Bakı. Azad Həsənli - Trend:

30 avqust 2016-cı il tarixində Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, 91 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,714,500.00 manat təşkil edib.

Sifarişlər 96.3512 manat (15.4003%) və 97.9200 manat (8.6383%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 97.6234 AZN (9.9001%) orta ölçülmüş qiyməti 97.7580 AZN (9.3265%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 31.08.2016 (t+1) tarixində həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edilib.

İstiqrazların ödəmə tarixi 29.11.2016-cı ildir.

İstiqrazların tədavül müddəti – 91 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti