Bakı. Yelena Kosolapova - Trend:
Astana meri Aset İsikeşev Azərbaycana səfəri zamanı Bakı şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla danışıqlar aparıb.
Trend-in xəbərinə görə, bu barədə Qazaxıstanın Bakıdakı səfiriliyinin məlumatında deyilir.
Məlumatda bilidirlir ki, tərəflər iki paytaxtın əməkdaşlığının aktual məsələlərini, eləcə də qarşılıqlı fəaliyyətin perspektivli istiqamətlərini müzakirə ediblər.
A.İsikeşev energetika naziri Natiq Əliyevlə görüşməyi, Nəqliyyatın İntellektual İdarə Edilməsi Mərkəzinə baş çəkməyi də planlaşdırır.