Bakı. Azad Həsənli – Trend:
"Azərbaycan Dəmir Yolları" QSC yeni yük qatarlarının alınmasına ehtiyac görmür.
Trend-in məlumatına görə, bunu jurnalistlərə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
O bildirib: "Hazırda bizim təqribən 6-7 min vaqonumuz var, onlar ölkə daxilində yük daşımalarını təmin edir. İldə təqribən 25 milyon ton yük daşımaq imkanımız var. Əvvəllər kifayət qədər vaqonumuz yox idi və biz onların icarəsinə görə digər ölkələrə ildə 7 milyon dollar ödəyirdik. Lakin indi vəziyyət dəyişib və artıq başqaları bizim vaqonları icarəyə götürür".