Bakı. Ənvər Məmmədov – Trend:
2017-ci ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılacaq vəsait cari ilin səviyyəsində qalacaq.
Trend-in məlumatına görə, bunu jurnalistlərə maliyyə naziri Samir Şərifov deyib.
2016-cı ildə Fondun xətti ilə sahibkarlara güzəştli kreditlərin verilməsinə 250 milyon manat, o cümlədən büdcə vəsaitləri hesabına təqribən 70 milyon manat təqdim ediləcək.