Bakı. Azad Həsənli - Trend:
Azərbaycan Bolqarıstan şirkətlərini üçüncü ölkələrə məhsulların ixracı üçün birgə müəssisələr yaratmağa dəvət edir.
Trend-in məlumatına görə, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev Bakıda keçirilən Azərbaycan-Bolqarıstan biznes forumunda deyib.
Onun sözlərinə görə, ölkədə biznesin aparılması və investisiyalar üçün əlverişli şərait yaradılıb.
S.Babayev qeyd edib ki, 2016-cı ilin yanvar-avqust aylarında iki ölkə arasında əmtəə dövriyyəsi 2015-ci ilin analoji dövrünün göstəricisini iki dəfə üstələyib: "Hazırda Azərbaycanda Bolqarıstan kapitalı ilə 9 şirkət fəaliyyət göstərir".