...

Sentyabrda 69 710 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Oktyabr 2016 11:51 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

2016-cı ilin sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb.

Trend-in İSB-yə istinadən verdiyi məlumata görə, bunların 10 625-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 milyon manata yaxın olub.

2015-ci ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3%, sığorta haqlarının məbləğində isə 2,0% artım müşahidə edilib.

Setybar ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin avqust ayı ilə müqayisədə 2.7% artaraq 81.4 manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti