...

Azərbaycan və Rusiya birgə müəssisə yaradıblar (YENİLƏNİB) (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2016 11:36 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşınması üzrə iri operatoru "Rusaqrotrans" QSC birgə "AzRusTrans" QSC müəssisəsini yaradıblar.
Azərbaycan və Rusiya birgə müəssisə yaradıblar (YENİLƏNİB) (FOTO)

Bakı. Ənvər Məmmədov – Trend:

"Azərbaycan Dəmir Yolları" QSC və Rusiyanın taxıl yüklərinin dəmir yolu ilə daşınması üzrə iri operatoru "Rusaqrotrans" QSC birgə "AzRusTrans" QSC müəssisəsini yaradıblar.

Yeni şirkət Rusiya, Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında yük dövriyyəsində dəmir yol daşınmalarının payını artırmaq məqsədilə yaradılıb.

Birgə müəssisənin İdarə Heyətinin sədri Cavid Quliyev deyib ki, şirkətdə "Azərbaycan Dəmir Yolları" QSC-nin payı 51 faiz, "Rusaqrotrans" QSC-nin payı isə 49 faizdir.

Onun sözlərinə görə, şirkətin əsas məqsədi Azərbaycan üzərində yük daşımalarının artırılmasıdır: "AzRusTrans" QSC 2020-ci ilə Azərbaycan ərazisi üzrə tranzitlə hər il 2 milyon tonadək yük daşımağa ümid edir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti