...

Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2016 11:31 (UTC +04:00)
Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb.
Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanda sənaye məhsullarının qiymətləri artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 16,4 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 18,0 faiz, emal sənayesi üzrə 10,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 7,0 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı üzrə isə 4,2 faiz artıb.

2016-cı ilin sentyabr ayında avqust ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 3,3 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 3,4 faiz, emal sənayesi və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələri üzrə 2,5 faiz artıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahələri üzrə dəyişiklik baş verməyib.

Mədənçıxarma sənayesində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 3,5 faiz, metal filizlərinin hasilatı üzrə 2,4 faiz artıb. Ay ərzində emal sənayesində istehsalçı qiymətləri metallurgiya sənayesi üzrə 9,7 faiz, neft məhsullarının istehsalı üzrə 3,3 faiz, tütün məmulatlarının istehsalı üzrə 2,7 faiz, tikinti materiallarının istehsalı üzrə 1,9 faiz, içki istehsalı üzrə 0,8 faiz, qida məhsullarının istehsalı və poliqrafiya fəaliyyəti üzrə 0,5 faiz, geyim istehsalı üzrə 0,4 faiz, toxuculuq sənayesi və kompüter və digər elektron avadanlıqların istehsalı üzrə 0,2 faiz, kimya sənayesi üzrə 0,1 faiz artıb, kağız və karton istehsalı üzrə isə 0,1 faiz azalıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti