...

"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2016 12:00 (UTC +04:00)
Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.
"Sınıq Körpü" gömrük postu gücləndirilmiş iş rejiminə keçdi

Bakı. Trend:

Gürcüstanla Rusiya arasındakı magistral yolda əlverişsiz hava şəraiti ilə əlaqədar yük nəqliyyat vasitələrinin və avtobusların hərəkəti qadağan edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gürcüstan ərazisindən keçərək Rusiya Federasiyasına gedən bu qəbildən avtomobillərin təyinat nöqtələrinə çatmaq üçün Azərbaycan ərazisindən keçəcəyi və müəyyən sıxlığın yaranacağı ehtimalını nəzərə alaraq, Tovuz Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postu qabaqlayıcı tədbir kimi gücləndirilmiş iş rejiminə keçib.

Hələlik gömrük postunda heç bir sıxlıq müşahidə olunmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti