...

Nazir: 2017-ci ildə Azərbaycanda ehtiyac meyarı artırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2016 14:01 (UTC +04:00)
2017-ci ildə ünvanlı sosial yardımın həcminin müəyyən edilməsi üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 116 manata çatdırılması planlaşdırılır
Nazir: 2017-ci ildə Azərbaycanda ehtiyac meyarı artırılacaq

Bakı. Ənvər Məmmədov - Trend:

2017-ci ildə ünvanlı sosial yardımın həcminin müəyyən edilməsi üçün ehtiyac meyarının həddinin 10,5% artırılaraq 116 manata çatdırılması planlaşdırılır.

Trend-in məlumatına görə, bu sözləri Milli Məclisdə 2017-ci və növbəti 3 il üçün dövlət büdcəsi və sosial-iqtisadi inkişaf konsepsiyası layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazirin sözlərinə görə, ehtiyac meyarının artırılması bir sıra kommunal xidmət tariflərinin artması ilə bağlıdır. 2016-cı ildə ehtiyac meyarı 105 manat təşkil edib.

Qeyd edək ki, büdcə zərfi bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti