...

Parisdə Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2016 14:40 (UTC +04:00)
Dekabrın 13-də Parisdə Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının 8-ci iclası öz işinə başlayıb.
Parisdə Azərbaycan-Fransa hökumətlərarası komissiyasının iclası keçirilir

Bakı. Trend:

Dekabrın 13-də Parisdə Azərbaycan-Fransa hökumətlərarası iqtisadi komissiyasının 8-ci iclası öz işinə başlayıb.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın maliyyə naziri Samir Şərifov və Fransanın xarici ticarət, turizmin təşviqi və xaricdə yaşayan fransızlar üzrə dövlət katibi Matias Feklin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edirlər.

Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, maliyyə əməkdaşlığı, yanacaq-energetika, nəqliyyat, kosmik və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, eləcə də ətraf mühitin mühafizəsi, mədəniyyət, təhsil, gənclər və idman sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda Azərbaycanla Fransa arasında xüsusilə ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq. Gündəlikdəki məsələlərin müzakirəsindən sonra yekun protokol imzalanacaq.

Fransaya səfəri çərçivəsində S.Şərifovun bir sıra ikitərəfli görüşləri, o cümlədən Fransanın maliyyə naziri Mişel Sapen ilə görüşü nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti