Bakı. Ənvər Məmmədov - Trend:
"Aqrarkredit” qeyri-bank kredit təşkilatı Azərbaycanda iki müəssisəni satışa çıxarıb. Bu barədə Trend təşkilatın saytına istinadən məlumat verir.
Məlumata görə, satışa çıxarılan obyektlər Mingəçevir şəhərində və Şəki rayonunda tikinti materiallarının istehsalı ilə məşğul olan müəssisələrdir.
Bu proses Azərbaycan Beynəlxalq Bankının “Aqrarkredit”in idarəetməsinə verilmiş problemli kreditlərinin satışa çıxarılması ilə əlaqədardır.