...

Türkiyədən türkdilli ölkələrə TƏKLİF - Ticarətdə milli valyutalara keçilsin

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2016 14:12 (UTC +04:00)
Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir.
Türkiyədən türkdilli ölkələrə TƏKLİF - Ticarətdə milli valyutalara keçilsin

Bakı. Trend:

Türkdilli ölkələr ticarətdə milli valyutaların istifadəsinə keçməlidir. Trend-in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin altıncı iclasında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, Türkiyə Azərbaycanla qarşılıqlı ticarətdə milli valyutalara keçməyi planlaşdırır. Bundan başqa, nazir qeyd edib ki, Azərbaycan və Türkiyə bir sıra məhsulların ticarəti ilə bağlı gömrük prosedurlarını sadələşdirmək niyyətindədir.

N.Zeybekçi qeyd edib ki, Türkdilli şuranın üzvləri turizm, səhiyyə, tikinti sahələrində iqtisadi əlaqələri gücləndirməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti