...

Nazir: Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2016 16:01 (UTC +04:00)
Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq
Nazir: Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq

Bakı. Orxan Quluzadə - Trend:

Türkiyə və Azərbaycan güzəştli ticarət sazişi imzalayacaq. Trend-in məlumatına görə, bu sözləri bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin altıncı iclası çərçivəsində jurnalistlərə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Onun sözlərinə görə, hazırda güzəştli məhsulların siyahısının hazırlanması üzrə işlər gedir.

N.Zeybekçi deyib ki, sazişin imzalanması 2017-ci ilin birinci yarısında keçirilməsi planlaşdırılan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti