...

Pambıq yığımı artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2016 18:34 (UTC +04:00)
Bu il Azərbaycanda 87,24 min ton pambıq tədarük edilib.
Pambıq yığımı artıb

Bakı. Trend:

Bu il Azərbaycanda 87,24 min ton pambıq tədarük edilib.

Trend-in məlumatına görə, bu barədə Statistika Komitəsinin pambıq tədarükünə dair hesabatında yer alıb.

Bu isə keçən illə müqayisədə 2,5 dəfə çoxdur. Ötən il 35,19 min ton pambıq yığılmışdı.

Ən çox pambıq yığımı isə Saatlıda qeydə alınıb. Pambıq sahələri də bu il artırılıb. Ötən ilkindən 2,8 dəfə artıq sahədə (52,06 min hektar) pambıq əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti