...

Qaz kəmərindəki partlayış elektrik enerjisi təchizatında fasilələr yaratdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Dekabr 2016 12:51 (UTC +04:00)
Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.
Qaz kəmərindəki partlayış elektrik enerjisi təchizatında fasilələr yaratdı

Bakı. Trend:

Bakı və Sumqayıtdakı elektrik stansiyalarının qaz təchizatı dayandırılıb.

“Azərişıq”ASC Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Səngəçaldakı qaz qovşağından çıxan magistral qaz xətlərindən birində baş vermiş qəza nəticəsində ASC-nin Bakı və Sumqayıt şəhərlərindəki elektrik stansiyalarına verilən qaz təchizatı dayandırılıb.

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2)  (FOTO)

Bakıda qaz kəmərindəki yanğın söndürüldü (YENİLƏNİB-2) (FOTO)

Bununla əlaqədar olaraq, “Azərişıq” ASC-nin şəbəkələrində də qismən məhduduyyətlər tətbiq edilib və elektrik enerjisi təchizatında qısa müddətli fasilələr yaranıb.

Yaranmış narahatlığa görə “Azərişıq” abonentlərindən üzr istəyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti