...

Ceyhandan 1,9 milyon tona yaxın Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2017 12:16 (UTC +04:00)

Bakı. Trend:

2016-cı ilin dekabr ayı ərzində 1 887 729 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Bu həcmin 1 374 823 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib.

Bu barədə Trend SOCAR-a istinadən məlumat verir.

Ötən ilin yanvar-dekabr aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 28 640 827 ton təşkil edib.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2017-ci il yanvarın 1-dək Ceyhan limanından 319 834 599 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti