Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan Vergilər Nazirliyi elektron ticarətin vergiyə cəlb edilməsi ilə bağlı yaranmış texniki məsələlərin həll olunması üçün banklarla birgə xüsusi işçi qrup yaradıb. Trend-in məlumatına görə, bu sözləri jurnalistlərə nazirliyin vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva deyib.
Onun sözlərinə görə, işçi qrupa vergilər nazirinin birinci müavini rəhbərlik edəcək və bu qrup banklarda mümkün texniki nöqsanlarla bağlı məsələlərlə məşğul olacaq.
O deyib: “Zəruri sistemin yaradılması üçün banklara bir aylıq möhlətin verilməsinə gəldikdə isə bu, elektron ticarətin vergidən azad olunmasını nəzərdə tutmur. Çünki bu məsələ nazirlik və banklar arasında həll oluna bilməz. Qanun artıq qüvvəyə minib və onun geriyə qüvvəsi yoxdur”.