...

Yükdaşıma qiymətləri sabit qalıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2017 18:32 (UTC +04:00)
2016-cı ildə 2015-ci ilə nisbətən Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5 faiz artıb.
Yükdaşıma qiymətləri sabit qalıb

Bakı. Trend:

2016-cı ildə 2015-ci ilə nisbətən Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, 2016-cı ilin dekabr ayında noyabr ayına nisbətən yükdaşıma qiymətləri 2,6 faiz, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti, müvafiq olaraq, 2,6 və 3,6 faiz, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 3,6 faiz, dəniz nəqliyyatında 3,7 faiz, avtomobil nəqliyyatında 1,3 faiz artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti