...

AZAL qiymətləri artıracaq? - Rəsmi cavab

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Yanvar 2017 14:49 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Dövlət Mülki Aviasiya Administrasiyası “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin biletlərinin qiymətlərinin artırılması məsələsinin gündəmdə olmadığını hesab edir.

Trend-in məlumatına görə, bunu parlamentin iqitsadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” qanuna dəyişikliklər barədə müzakirə zamanı qurumun direktoru Arif Məmmədov deyib.

Onun sözlərinə görə, AZAL hər bir reysinə görə müxtəlif şərtlərlə 17 qiymət variantı təklif edir. Bundan başqa, A.Məmmədov millət vəkillərinin Azərbaycanda aviauçuşlara monopoliya ilə bağlı tənqidlərinə cavab verib.

O deyib: “Bildiyiniz kimi, hazırda Nazirlər Kabinetinin loukoster yaradılması barədə qərarı var. Eyni zamanda, ölkəyə beynəlxalq uçuşların 52 faizi xarici şirkətlər və yalnız 48 faizi AZAL tərəfindən həyata keçirilir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti