...

Ləğv edilmiş sığorta şirkətinə qarşı tələblər üzrə ilk dəfə kompensasiya ödənişlərinə başlanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2017 12:01 (UTC +04:00)
İlk dəfə olaraq, ləğv edilmiş sığorta şirkətinə qarşı irəli sürülən sığorta tələbləri üzrə İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişlərinin verilməsinə başlanılıb.
Ləğv edilmiş sığorta şirkətinə qarşı tələblər üzrə ilk dəfə kompensasiya ödənişlərinə başlanılıb

Bakı. Trend:

İlk dəfə olaraq, ləğv edilmiş sığorta şirkətinə qarşı irəli sürülən sığorta tələbləri üzrə İcbari Sığorta Bürosu (İSB) tərəfindən kompensasiya ödənişlərinin verilməsinə başlanılıb.

Bürodan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə baş vermiş sığorta hadisələri ilə əlaqədar zərərçəkmiş şəxslərə İcbari Sığorta Bürosu tərəfindən kompensasiya ödənişlərinin verilməsi üçün toplanmış sənədlərin hüquqi ekspertizası, zərərçəkmiş şəxslərlə görüşlərin təşkili və təhvil-təslim işləri yekunlaşdırılıb.

İSB təhvil-təslim işlərinin yekunlaşdırıldığını nəzərə alaraq “Alfa Sığorta” ASC tərəfindən rəsmiləşdirilmiş icbari sığorta müqavilələri üzrə zərərçəkmiş şəxslərə kompensasiya ödənişlərininin 2 fevral 2017-ci il tarixindən etibarən ardıcıllıqla həyata keçirilməsi prosesinə başlayıb.

Qeyd edək ki, hazırda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü və daşınmaz əmlakın icbari sığorta növü üzrə 13 sığorta şirkəti (http://isb.az/istirakci-sigorta-sirketleri/) fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti