...

Bakıda bəzi avtobusların son dayanacaq məntəqələri dəyişdirildi - İNFOQRAFİKA

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2017 16:34 (UTC +04:00)
124, 195 və 197 nömrəli marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib.
Bakıda bəzi avtobusların son dayanacaq məntəqələri dəyişdirildi - İNFOQRAFİKA

Bakı. Trend:

Paytaxtın inzibati ərazisində, əsasən də ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 124, 195 və 197 nömrəli marşrut xətləri üzrə hərəkət edən sərnişin avtobuslarının son dayanacaq məntəqələri dəyişdirilib.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişikliyə əsasən, aprelin 15-dən müvafiq olaraq Lökbatan, Ələt və Sahil qəsəbələrindən gələn 124, 195 və 197 nömrəli marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzi müəyyən edilib. Sərnişinlər “Lökbatan” Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər mərkəzinə rahat gediş-gəliş üçün müasir nəqliyyat vasitələri ilə təmin edilmiş 125 nömrəli marşrut xəttindən istifadə edə bilərlər.

Məqsəd paytaxtın cənub girişində ətraf kənd və qəsəbələrdən gələn sərnişin avtobuslarını bir məntəqədə cəmləşdirməklə, onların şəhərin mərkəzinə doğru xaotik hərəkətinin qarşısını almaqdır. Məlum dəyişiklik günün pik saatlarında 20-ci kilometr Bayıl dairəsində müşahidə edilən sıxlığın da aradan qalxması baxımından da əhəmiyyətlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti