Bakı. Ənvər Məmmədov - Trend:
Fərhad Hacınski “Nikoil Bank”ın İdarə heyəti sədrinin birinci müavini təyin olunub.
Trend bu barədə banka istinadən məlumat verir.
Daha əvvəl bu vəzifə vakant qalırdı, F.Hacınski isə İdarə heyəti sədrinin müavini vəzifəsində çalışırdı.
Qeyd edək ki, hazırda bankın İdarə heyəti üç nəfərdən – sədr Nikoloz Şurqaya, sədrin birinci müavini Fərhad Hacınski və sədr müavini Fuad Tağıyevdən ibarətdir.