...

“ING Bank”: Azərbaycanda 2018-ci ildə inflyasiya təkrəqəmli göstəriciyədək azalacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2017 13:37
“ING Bank” (Niderland) Azərbaycanda 2018-ci ildə inflyasiyanın 7,2 faizədək azalacağını proqnozlaşdırır
“ING Bank”: Azərbaycanda 2018-ci ildə inflyasiya təkrəqəmli göstəriciyədək azalacaq

Trend-i buradan izləyin

Bakı. Azad Həsənli - Trend:

“ING Bank” (Niderland) Azərbaycanda 2018-ci ildə inflyasiyanın 7,2 faizədək azalacağını proqnozlaşdırır.

Trend-in məlumatına görə, bu barədə bankın yeni hesabatında bildirilir.

Bankın analitikləri ölkədəki inflyasiyanın 2017-ci ildə 13 faiz həddində olacağını proqnozlaşdırırlar.

Eyni zamanda, digər beynəlxalq maliyyə təşkilatları Azərbaycandakı inflyasiya ilə bağlı daha müsbət proqnozlar irəli sürürlər.

Beynəlxalq Valyuta Fondu ölkədə inflyasiyanın 2017-ci ildə 10 faiz, 2018-ci ildə 8 faiz, 2022-ci ildə 6 faiz təşkil edəcəyini proqnozlaşdırır.

Dünya Bankının hesabatına əsasən isə, Azərbaycanda inflyasiya 2017-ci ildə 7,8 faiz, 2018-ci ildə 4,2 faiz, 2022-ci ildə isə 3,8 faiz təşkil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti