Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan manatı getdikcə möhkəmlənir və öz yerini tapmaqdadır.
Trend-in məlumatına görə, Avropa İttifaqı-Azərbaycan biznes-forumu zamanı iqtisadiyyat naziri Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, hazırda ölkədə makroiqtisadi sabitliyin təmin olunması üçün vacib addımlar atılır:
“Bunun nəticəsi olaraq Azərbaycan manatı möhkəmlənməyə davam edir. Manatın məzənnəsi stabilləşib və manat tədricən yerini tapır”.