...

Nazir: Azərbaycanla Latviya arasında ticarət dövriyyəsini daha yüksək səviyyəyə qaldırmaq lazımdır (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 İyun 2017 12:21 (UTC +04:00)
Azərbaycanla Latviya arasında ticarət dövriyyəsini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.
Nazir: Azərbaycanla Latviya arasında ticarət dövriyyəsini daha yüksək səviyyəyə qaldırmaq lazımdır (FOTO)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanla Latviya arasında ticarət dövriyyəsini daha yüksək səviyyəyə qaldırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu Azərbaycanın ekologiya və təbii ehtiyatlar naziri Hüseynqulu Bağırov deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsinin indiki səviyyəsi ikitərəfli münasibətlərin yüksək səviyyəsinə uyğun deyil:

“Ötən ilin yekunlarına əsasən, Azərbaycan və Latviya arasında ticarət dövriyyəsi 8,75 milyon dollar təşkil edib. Eyni zamanda, Latviya məhsullarının Azərbaycana idxalı 7,9 milyon, Azərbaycan məhsullarının ixracı 0,85 milyon dollara bərabər olub”.

Qeyd edək ki, Azərbaycan Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-may aylarında Latviya ilə ticarət dövriyyəsi 11,5 faiz artaraq 3,72 milyon dollara bərabər olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti