...

Səfir: Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi payızadək həll olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyul 2017 10:22 (UTC +04:00)
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranda Astara-Rəşt dəmir yolunun tikintisinin maliyyələşdirilməsi məsələsi yaxın iki ay ərzində həll olunacaq.
Səfir: Astara-Rəşt dəmir yolunun inşasının maliyyələşdirilməsi payızadək həll olunacaq

Bakı. Dalğa Xatınoğlu, Maksim Tsurkov - Trend:

"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İranda Rəşt-Astara dəmir yolunun tikintisinin maliyyələşdirilməsi məsələsi yaxın iki ay ərzində həll olunacaq.

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə deyib.

Qeyd edək ki, "Şimal-Cənub" nəqliyyat dəhlizi Şimali Avropa ilə Cənub-Şərqi Asiyanı əlaqələndirməyi, o cümlədən Azərbaycan, İran və Rusiya dəmir yollarını birləşdirməyi nəzərdə tutur. Birinci mərhələdə bu dəhlizlə ildə 5 milyon ton, gələcəkdə isə 10 milyon tondan çox yük nəqli planlaşdırılır.

Rəşt-Astara hissəsinin tikintisi İrana 1,1 milyard dollara başa gələcək. Bu vəsaitin bir hissəsinin - 500 milyon dolların Azərbaycan hökumətindən kredit qismində cəlb edilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti