...

Sankt-Peterburq - Bakı aviareysi yubanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyul 2017 16:46 (UTC +04:00)
Sankt-Peterburq - Bakı aviareysi yubanır.
Sankt-Peterburq - Bakı aviareysi yubanır

Bakı. Trend:

Sankt-Peterburq - Bakı aviareysi yubanır.

"Azərbaycan Hava Yolları" QSC-dən Trend-ə verilən məlumata görə, "Pulkovo" hava limanında keçirilən xüsusi tədbirlə əlaqədar olaraq, AZAL aviaşirkətinin təyyarəsi Moskvanın "Domodedovo" hava limanına yönləndirilib və orada uğurlu eniş edib.

Təyyarənin göyərtəsində 163 sərnişin və 7 heyət üzvü var.

Müvafiq icazə alındıqdan sonra “Airbus A320” təyyarəsi Moskvadan Sankt-Peterburqa uçacaq.

Sankt-Peterburqdan Bakıya olan reys də öz növbəsində yubanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti