...

“ADY Express” Gürcüstandan Azərbaycana konteyner qatarını işə salıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2017 14:05 (UTC +04:00)
“ADY Express”Poti/Batumi (Gürcüstan) – Keşlə stansiyası (Azərbaycan) marşrutu üzrə yeni konteyner blok-qatarının işə düşdüyünü elan edib.
“ADY Express” Gürcüstandan Azərbaycana konteyner qatarını işə salıb

Bakı. Maksim Tsurkov - Trend:

“Azərbaycan Dəmir Yolları”nın törəmə şirkəti olan “ADY Express” MMC Poti/Batumi (Gürcüstan) – Keşlə stansiyası (Azərbaycan) marşrutu üzrə yeni konteyner blok-qatarının işə düşdüyünü elan edib.

Trend-in şirkətə istinadən məlumatına görə, qatar həftədə 3 dəfə yola düşür və 30 saat ərzində 900 kilometr məsafə qət edir.

“Hər şey daxil” tarifinə əsasən, 20 futluq konteynerin daşınması 800 dollar, 40 futluq konteynerin daşınması 1000 dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti