...

"AzSığorta" iri həcmli sığorta ödənişi edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2017 10:31 (UTC +04:00)
"AzSığorta" şirkəti “daşınmaz əmlakın icbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.
"AzSığorta" iri həcmli sığorta ödənişi edib

Bakı. Trend:

"AzSığorta" şirkəti “daşınmaz əmlakın icbari sığortası” növü üzrə iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Salyan rayonu ərazisində yerləşən iaşə obyektlərinin birində elektrik xətlərinin qısa qapanması nəticəsində yanğın hadisəsi baş verib. "AzSığorta" şirkəti əmlaka dəymiş ziyanı qarşılayaraq 28 924 manat dəyərində sığorta ödənişi edib.

Qeyd edək ki, bu il "AzSığorta" şirkəti il ərzində daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.

"AzSığorta" ölkənin ən stabil sığorta şirkətlərindən biridir. "Fitch" beynəlxalq reytinq agentliyi şirkətin etibarlığını təsdiq edərək, ona “stable” proqnozu ilə “B” reytinqini təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti