...

Bank ombudsmanına hansı işlər üzrə müraciət edilə bilər?

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2017 10:15 (UTC +04:00)
Azərbaycanda bank ombudsmanının saytı fəaliyyətə başlayıb
Bank ombudsmanına hansı işlər üzrə müraciət edilə bilər?

Bakı. Azad Həsənli - Trend:

Bu gündən Azərbaycanda bank ombudsmanının saytı fəaliyyətə başlayıb.

Trend-in məlumatına görə, bu gün ombudsman İkram Kərimovun ünvanına artıq iki müraciət daxil olub.

İddia məbləği maksimum 2 min ABŞ dollarının müraciətin daxil olduğu gün Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq manat və digər valyuta ekvivalentinə barəbər olan, banklarla əqdlərin bağlanması, dəyişdirilməsi, icrası və ya xitam verilməsi ilə bağlı yaranan, heç bir halda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mülki-hüquq mübahisələrinin həlli bank ombudsmanının səlahiyyətlərinə aid edilib.

Eyni zamanda:

- Mübahisəni mahiyyəti üzrə həll edən qüvvəyə minmiş məhkəmə aktı mövcud deyilsə;
- Mübahisəyə bank ombudsmanı tərəfindən bundan əvvəlki dövrdə baxılmayıbsa, ona dair barışıq sazişi təsdiq edilməyibsə və ya ombudsmanın mübahisəni mahiyyəti üzrə həll edən qərarı yoxdursa;
- Ərizədə qaldırılan məsələnin baş verməsindən və iddia olunan hüquq pozuntusundan 2 il keçməyibsə;
- Ərizədə qaldırılan məsələ ümumi bank işinə, bankların xidmət çeşidinə və faiz siyasətinə aid deyilsə;
- Qaldırılan məsələdə müvafiq qanunvericiliyə uyğun olaraq cinayət və inzibati xəta tərkibi yoxdursa;
- İş bankın qiymət siyasətinə aid deyilsə;
- Barəsində ərizə verilən maliyyə təşkilatının lisenziyası geri çağırılmayıbsa və ya bu maliyyə təşkilatı ləğv olunmayıbsa, qeyd olunan işlərə baxıla bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti