...

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2017 18:08 (UTC +04:00)
Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.
Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının tərkibinə dəyişiklik edilib

Bakı. Trend:

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Dəyişikliyə əsasən sərəncamın 1-ci hissəsində “Qüdrət Qurbanov - Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisi” sözlərindən sonra “Cavid Qurbanov - “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri” sözləri əlavə edilir.

Xarici İşlər Nazirliyinə bu sərəncamla edilən dəyişiklik barədə Türkiyə tərəfinə bildiriş göndərmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti