Bakı. Ənvər Məmmədov - Trend:
Bakıda keçirilən XVIII illik bal yarmarkasında iştirakçıların və sərgilənən məhsulların sayı ötənilki yarmarka ilə müqayisədə çoxdur.
Trend-in məlumatına görə, bunu Azərbaycan kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov deyib.
Onun sözlərinə görə, bu il sərgidə 332 arıçı iştirak edir: “Bu, ötənilki yarmarkadan 78 nəfər çoxdur. Ümumilikdə yarmarkada 107,5 ton bal, o cümlədən 5,5 ton pətək balı, 1,2 ton digər arıçılıq məhsulları təqdim olunur”.
Bundan başqa, nazir müavini qeyd edib ki, keyfiyyət yoxlamalarından sonra 22,5 ton bal yarmarkaya buraxılmayıb.
Yarmarka noyabrın 5-dək davam edəcək.