...

Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 15 faizədək artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2017 12:27 (UTC +04:00)
Bu ilin 3 rübü ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15 faizədək artıb
Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi 15 faizədək artıb

Bakı. Maksim Tsurkov - Trend:

Bu ilin 3 rübü ərzində Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 15 faizədək artıb.

Trend-in məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabayev brifinq zamanı deyib.

Bu müddət ərzində dəmiryolu nəqliyyatı ilə daşımalaırn həcmi 1,5 milyon tona yaxın təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 146 faiz çoxdur.

Səfirin sözlərinə görə, son illərdə iki ölkə arasındakı ticarət dövriyyəsində qlobal maliyyə böhranı ilə əlaqədar azalma müşahidə olunsa da, son bir il yarım ərzində dövriyyə artmağa başlayıb: “Ötən il ölkələr arasında ticarət dövriyyəsi 9 faizədək artım göstərmişdi, bu ilin doqquz ayı ərzində isə 15 faizədək artım qeydə alınıb. Bu ilin aprelində isə ölkə prezidentlər ticarət dövriyyəsinin 2-2,5 dəfə artırılması və tədarük olunan məhsulların çeşidinin artırılması üçün işlərin həyata keçirilməsi ilə bağlı razılaşma əldə edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti