...

Nihat Zeybekçi: Azərbaycan və Türkiyə 2018-ci ildə məhsulları gömrük rüsumlarından azad etmək niyyətindədir (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2017 11:46 (UTC +04:00)
Türkiyə 2018-ci ildə Azərbaycanla məhsul tədarükünə gömrük rüsumlarına sıfır faiz dərəcəsinin tətbiq olunmasına ümid edir.
Nihat Zeybekçi: Azərbaycan və Türkiyə 2018-ci ildə məhsulları gömrük rüsumlarından azad etmək niyyətindədir (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Türkiyə 2018-ci ildə Azərbaycanla məhsul tədarükünə gömrük rüsumlarına sıfır faiz dərəcəsinin tətbiq olunmasına ümid edir.

Trend-in məlumatına görə, bunu Bakıda “Ziraat Bank”ın baş ofisinin açılışında Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi deyib.

Nazirin sözlərinə görə bu, ölkələr arasında imzalanması gözlənilən preferensial ticarət haqqında sazişdə nəzərdə tutulub.

N.Zeybekçi xatırladıb ki, ötən həftə Türkiyə Naxçıvan Muxtar Respublikasından idxal olunan məhsulları gömrük rüsumlarından azad edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti