Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan həyata keçirilən islahatların sayına görə Avropa və Mərkəzi Asiya regionu ölkələri arasında “Doing Business” hesabatında ikinci yeri tutub.
Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Dünya Bankının eksperti Mariya Qames deyib.
Onun sözlərinə görə, ötən il ərzində Azərbaycan dörd islahat həyata keçirib və bu göstəricidə yalnız Özbəkistandan geridə qalıb.