...

AYİB Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Noyabr 2017 19:12 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatında iki faizlik artım proqnozlaşdırır.
AYİB Azərbaycan iqtisadiyyatının artımını proqnozlaşdırır

Bakı. Azad Həsənli - Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2018-ci ildə Azərbaycan iqtisadiyyatında iki faizlik artım proqnozlaşdırır.

Trend bu barədə bankın "Regional Economic Prospects" hesabatına istinadən məlumat verir.

Bankın analitiklərinin fikrincə, gələn il iqtisadi artıma "Şahdəniz" qaz kondensat yatağının işlənməsinin ikinci mərhələsində qaz hasilatının başlanması dəstək verəcək.

Cari ilə gəldikdə isə, analitiklər ölkə iqtisadiyyatında 0,5 faiz azalma gözləyirlər:

“Ümumilikdə 2017-ci ildə Şərqi Avropada və Qafqazda artım tempinin aşağı qiymətlərin xammala mənfi təsirinin və bundan əvvəl Rusiyadakı azalmanın zəiflədilməsi nəticəsində praktiki olaraq 0-dan 1,5 faizədək yüksələcəyi gözlənilir. 2018-ci ildə bu regionda iqtisadiyyatın tədricən bərpası prosesi davam edəcək”.

Bankın 2018-ci il üçün proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, ölkə hökuməti gələn il Azərbaycan ÜDM-nin 1,5 faiz səviyyəsində real artımını proqnozlaşdırır. 2017-ci ildə isə hökumət iqtisadiyyatın 0,3 faiz səviyyəsində artacağını gözləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti