...

"Natiq Əliyev" gəmisi ilk səfərə çıxdı: Arktikada buzlarda da hərəkət edir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2017 12:39 (UTC +04:00)
Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.
"Natiq Əliyev" gəmisi ilk səfərə çıxdı: Arktikada buzlarda da hərəkət edir (FOTO)

Bakı. Trend:

Azərbaycanlı iş adamı, "Palmali Şirkətlər Qrupu"nun prezidenti Mübariz Mənsimov yeni nəhəng gəmilərindən birinə Azərbaycanın mərhum energetika naziri Natiq Əliyevin adını verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, artıq "Natiq Əliyev" gəmisi ilk səfərinə çıxıb. Gəmi Arktika, Norveç, Kanadada ümumilikdə dünya sularında neft ve neft məhsulları daşıyır. Eyni zamanda, 4 növ yükdaşıma qabiliyyətinə malikdir. Arktikada buzlarda rahat hərəkət edir.

Gəmidə "Natiq Əliyev" guşəsi də var, orada mərhum nazirin fotoları, onunla bağlı kitablar yer alıb.

Qeyd edək ki, bir neçə gündən sonra, noyabrın 23-də Natiq Əliyevin 70 illik yubileyidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti