...

AMB: Tədiyə balansının profisiti manatın məzənnəsinin sabitliyini dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2017 12:14 (UTC +04:00)
İlin sonunadək Azərbaycana məhsul idxalı 6,5 milyard manat səviyyəsində gözlənilir.
AMB: Tədiyə balansının profisiti manatın məzənnəsinin sabitliyini dəstəkləyir

Bakı. Azad Həsənli - Trend:

İlin sonunadək Azərbaycana məhsul idxalı 6,5 milyard manat səviyyəsində gözlənilir.

Trend-in məlumatına görə, bunu Bakıda II Bank forumunda Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanda tədiyə balansı profisitlədir: “Tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 1,1 milyard təşkil edir. İlin sonunadək biz bunun artacağını gözləyirik”.

A.Quliyev qeyd edib ki, beynəlxalq valyuta ehtiyatları il ərzində 13 faiz artaraq 42 milyard dollara çatıb: “Tədiyə balansının profisiti valyuta bazarının və manatın məzənnəsinin sabitliyini dəstəkləyir. İlin əvvəlindən milli valyuta 4 faiz artıb, bu ilin fevralından – dolların məzənnəsi 1,9 manata bərabər olanda – manat 11 faiz artıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti