Aİ Azərbaycana 1,1 milyon avro ayıracaq – İcbari tibbi sığortaya görə

Bakı. Ənvər Məmmədov - Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycanda icbari tibbi sığortaya dəstək üçün 1,1 milyon avro ayıracaq.
Trend-in məlumatına görə, bunu Aİ-nin Azərbaycandakı səfiri Kestutis Yankauskas "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq-layihəsinin açılışında deyib.
K.Yankauskas bildirib ki, bu layihə çərçivəsində Azərbaycanın tərəfdaşları kimi Fransa və Litva çıxış edəcəklər.
Tvininq-layihə 2019-cu ilin avqustunda başa çatacaq.
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq