...

İraq OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Noyabr 2017 04:37 (UTC +04:00)
İraqın neft naziri Cəbbar Əl-Laibi neft hasilatının azaldılması barədə (OPEK+) sazişdə iştirak edən neft ölkələrinin noyabrın 30-da bu sazişin müddətinin uzadılması barədə qərarın qəbul edəcəklərini gözləyir.
İraq OPEK+ sazişinin müddətinin uzadılmasını dəstəkləyir

Bakı. Trend:

İraqın neft naziri Cəbbar Əl-Laibi neft hasilatının azaldılması barədə (OPEK+) sazişdə iştirak edən neft ölkələrinin noyabrın 30-da bu sazişin müddətinin uzadılması barədə qərarın qəbul edəcəklərini gözləyir.

Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

"Qərar sabah qəbul edəcək", deyə Əl-Laibi jurnalistlərə bildirib. Onun sölərinə görə, ölkələr hal hazırda sazişin müddətinin uzadılmasının üç variantını müzakirə edir: altı ay, doqquz ay və ya bir il.

O həmçinin qeyd edib ki, İraq bu sazişin müddətinin uzadılmasını dəstəkləyir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti