Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə Azərbaycanın uğurları ilə fəxr edir. Trend-in məlumatına görə, bunu Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkçi deyib.
O qeyd edib ki, Azərbaycan Türkiyənin ən etibarlı ticari və iqtisadi tərəfdaşlarından biridir.
Nazir bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri hər gün daha da inkişaf edir.
B.Tüfenkçi əlavə edib ki, 2016-cı ilin yekunu üzrə iki ölkə arasında əmtəə dövriyyəsi 2,4 milyard dollar təşkil edib: "2016-2017-ci illər ərzində Türkiyə və Azərbaycan arasında əmtəə dövriyyəsi 9 faiz artıb".
Nazir Türkiyə və Azərbaycanın gömrük sahəsində münasibətlərinin də inkişaf etdiyini vurğulayıb.